Astaraçay MMC

Astaraçay MMC 100% təbii "ASTARAÇAY", "AzTea" və “Filli” çay brendlərinin istehsalçısıdır. Çay istehsalı üçün istifadə olunan xam çay yarpaqları yalnız Azərbaycanın subtropik bölgələri olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan toplanır. Indo-Chino və Colchis sortlarının əkilməsi ilə məşğul oluruq. Çay yarpaqlarının becərilməsi və emalı zamanı heç bir kimyəvi əlavələrdən istifadə edilmir və çay yarpağı ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilir. Çay emalı və qablaşdırma fabriki 2015-ci ildən fəaliyyət göstərir.

Məhsul portfeli:
    • Çay brendləri: AzTea, Filli, Astaraçay

Əsas məlumatlar:
    • Çay plantasiyası: 350 ha
    • Sitrus bağları: 23 ha
    • İstehsal gücü (çay yarpaqları): 10.000 ton
    • Qablaşdırma: 500 q - 4000 ədəd/gün, 100 q - 5000 ədəd/gün