“Azbadam” MMC Azərbaycanda ən böyük badam istehsalçısıdır və ildə 2000 ton ləpə istehsal etməklə regionda ilk və yeganə badam emalı zavodunun sahibidir. Şirkət müştərilərə emal olunmuş badamların etibarlı təchizatçısı olmaq üçün yalnız keyfiyyətli məhsullar və ətraf mühitə uyğun əməliyyatlar əsasında fəaliyyət göstərməyi seçmişdir.

Bazar mövqeyi:
Biz yerli fermerlərdən və qrup şirkətlərindən badam qabıqlarını alırıq və emal etdikdən sonra ləpə və qovrulmuş badamları yerli və ixrac bazarında satırıq. Əsas ixracat ölkələrimiz Rusiya, Özbəkistan və Türkiyədir.

Məhsul portfeli:
    • Xam badam
    • Ləpə
    • Qovrulmuş badam ləpəsi

Əsas məlumatlar:
    • Badam Emalı Zavodunun gücü: 2000 ton/il ləpə