Alma orqanizmə necə təsir edir, sağlamlıq üçün hansı faydaları var?
1. Alma orqanizm üçün vacib olan bir çox vitaminlərin təbii mənbəyidir.
2. Tərkibindəki mikroelementlərə görə alma ürəyi cavanlaşdırır, qan dövranını tənzimləyir.
3. Yüksək qan təzyiqindən əziyyət çəkənlərə almadan daha çox istifadə etmələri məsləhətdir. Alma xolestrolun miqdarını aşağı salır.
4. Köklükdən və piylənmədən yaxa qurtarmaq üçün daha çox alma yemək lazımdır. Alma ilə pəhriz saxlamaq arıqlamaq istəyənlərə ən yaxşı vasitədir.
5. Alma revmatizm xəstəliyi üçün də olduqca faydalıdır.
6. Hər gün iki-üç alma yeməklə siz dərinizin sağlam və təravətli görünməsinə nail ola bilərsiniz.
7. Əgər mədə turşuluğunun çox olmasından və mədə xorasından şikayətiniz varsa almanın şirin növlərinə üstünlük verin.
8. Alma yorğunluğu aradan qaldırır, bədənin enrjisini bərpa edir.
9. Almanı qabıqlı yemək daha məqbuldur.
10. Qaraciyərin, öd kisəsinin fəaliyyətinin yaxşılaşması üçün alma faydalıdır.
11. Oynaq ağrılarının aradan qaldırılmasında və profilaktikasında almadan istifadə etmək məsləhətdir.
12. Alma yeməklə həzm prosesindəki problemləri aradan qaldırmaq mümkündür.
13. Alma immun sistemini gücləndirir, maddələr mübadiləsini tənzimləyir, qanda şəkərin normal səviyyədə qalmasında fəal iştirak edir.
14. Almanın insan üçün ən böyük faydalarından biri onun stressə qarşı mübarizəsidir. Gün ərzində qarşılaşdığınız xoşagəlməz hadisələrdən yaranan sinir gərginliyini aradan qaldırmaq üçün alma yemək ən effektli vasitələrdən biridir.
15. Gündəlik alma yeməklə siz bir çox xəstəliklərin qarşısını əvvəlcədən almış olarsınız.
Ən əsası alma olduqca ətirli və dadlı bir meyvədir.