Gündəlik həyatımızda bir neçə ədəd badam istehlak edərək həm ümumi sağlamlığımızı qoruya, həm də həyat keyfiyyətimizi və iş performansımızı artıra bilərik. Badamın ən önəmli faydaları bunlardır:
1. Pis xolesterola qarşı mübarizə
Qanda yüksək səviyyədə pis xolesterin (LDL) ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir. Hər gün təxminən 20 çiy badam istehlak etmək pis xolesterol həcmini aşağı salaraq ürək xəstəliyi riskini azaldır və yaxşı xolesterolu artırır.
2. Vitamin ethiyacını təmin edər
100 qram xam badam təxminən 20 qram protein ehtiva edir. A, E və C vitaminləri baxımından da zəngin olan badam istehlakı bədənin gündəlik kalium, kalsium və dəmir ehtiyacının əhəmiyyətli hissəsini təmin edər.
E vitamini və folik turşusu sayəsində dəri hüceyrələri qorunur və yenilənir. Müntəzəm istehlak edildikdə ultrabənövşəyi şüalar və stress nəticəsində zədələnmiş dərinin yenidən sağalmasına kömək edər. Güclü antioksidan qaynağı olan E vitamini sayəsində dərinizi həmişə cavan saxlaya və yaşlanmağın qarşısını ala bilərsiniz. Tərkibindəki Folik turşusu isə, saç tökülməsinin qarşısını alır.
3. Beyin funksiyalarını gücləndirir
Badamın tərkibindəki B qrupu vitaminlər və minerallar beyin funksiyalarının güclənməsinə kömək edər. Bu xüsusiyyətindən faydalanmaq üçün gündə 5-6 badam istehlak etmək məsləhətdir. Xüsusilə uşaqların beyin inkişafında təsirli olan badam, onların öyrənmə bacarıqlarının və yaddaşlarının inkişafına da töhfə verir. Yetkinlərdə və qocalarda da beyin funksiyalarını gücləndirən badam, müntəzəm istifadə edildikdə Altsheimer xəstəliyi riskini azaldır. Bədənə enerji verdiyi üçün yorğunluğa yaxşı gəlir.
4. Dəri üçün faydalıdır
Badam yağı çox güclü nəmləndirici xüsusiyyətə malikdir.
5. Öd kisəsinin sağlamlığında təsirlidir
Çiy badam öd kisəsində daş əmələ gəlməsi riskini azaldır. Tərkibindəki liflər həzm sisteminin yaxşı işləməsini təmin edər ki, bu da öd kisəsində balansızlıq yaranmasının qarşısını alır.
6. Saç sağlamlığını dəstəkləyir
Tərkibindəki E vitamini və Omeqa-3 yağ turşuları saç sağlamlığını qorur. Saç köklərini qidalandırır və saçların daha sağlam uzanmasına həmçinin parlaq görünməsinə kömək edər.
7. Böyrək sağlamlığını gücləndirir
Çiy badam böyrəkdə qum və daş əmələ gəlməsinin qarşısını alır.
8. Liflə zəngindir
Tərkibində karbohidrat miqdarı az, yağ və pupla miqdarı çox olduğu üçün tox tutar. Həzm sisteminin yaxşı işləməsinə kömək edər. Qəbizlik riskini minimum seviyyəyə endirir.
9. Qan şəkərinin tənzimlənməsində effektivdir
Karbohidrat dəyərinin aşağı olmasına baxmayaraq, faydalı yağlar və zülallarla zəngin olan badam, qan şəkərini tənzimlədiyi üçün şəkər xəstələri tərəfindən istehlak edilə bilər.
Tərkibindəki maqnezium, metabolik hadisələrə birbaşa təsir göstərir. Bunlardan biri qan şəkərini tənzimləməkdir. Araşdırmalar göstərib ki, şəkər xəstələrinin 40%-də maqnezium çatışmazlığı var. Gündə təxminən 1 ovuc badam istehlakı maqnezium çatışmazlığını aradan qaldırır və insülin müqavimətini azaldır.
10. Qan təzyiqini balanslaşdırır
Arterial hipertenziya, beyin qanaması, infarkt və insult kimi bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir. Meksika Sosial Təminat İnstitutunun biotibbi araşdırmalar bölməsinin apardığı elmi təhqiqatlar göstərib ki, gündəlik qida rasionuna badam əlavə edən insanlarda təzyiq aşağı enib.
11. Sümük sağlamlığına töhfə verir
Badam kollagen sintezini sürətləndirən qidalardan biridir. Kollagen bədəndəki zülalların təxminən 70%-ni təşkil edir. Çatışmazlıq sümük və qığırdaq hüceyrələrinin zədələnməsi ilə nəticələnə bilər. Xüsusilə 20 yaşına çatanlar gündəlik badam istehlak edərək daha sağlam sümüklərə sahib ola bilərlər.
12. Aterosklerozun qarşısını alır
Badam tərkibindəki E vitamini ilə aterosklerozun qarşısını alır.
13. Xərçəngə qarşı
Badam çəkiyə nəzarət edər. Tərkibindəki antioksidant və lif isə xərçəngin qarşısını alır.
Gündə 25 ədəd xam badam istehlak edərək siz də bir çox xəstəlikdən qoruna bilərsiniz.