Çay plantasiyaları

Çay plantasiyaları

Çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycan subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan təmin edilir. Plantasiyalarımızın ümumi sahəsi 450 hektardır. Ən müasir avadanlıqlarla təchiz edilmiş çay emalı və qablaşdırılması fabriki 2015-ci ildən fəaliyyətə başlamışdır. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir.

Çayların becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir və çaylar ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilir. Çay sahələrimizdə Almaniyanın LACON şirkəti tərəfindən 4-cü ildir ki, ekoloji müşahidələr aparılır.

Çayın yığımı ildə iki dəfə may və avqust aylarında həyata keçirilir. Çay yığımı zamanı çay yarpaqlarının səhər saatlarında və zərif xanım əlləri ilə yığılması toplan məhsulun keyfiyyətində əks olan əsas şərtlərdən biridir. Yığım zamanı çay kolunun ilk üç üst yarpağı yığılır. Digər cod yarpaqların toplanması emal olunacaq məhsulun keyfiyyətini aşağı sala bilir. Xammalı özümüz istehsal etdiyyi kimi həmdə paketləyirik. Xammal - burda yaşıl yarpaq nəzərdə tutulur. Məhsulun çəki cəhətdən çox olması, hava, torpağa qulluqdan asılıdır. Yığılan yarpağın 25%-i qara çay olur (məsələn, 1000kg yaşıl yarpaq = 250kg qara çay). Məhsul yığıldıqdan sonra birbaşa fabrikə göndərilir. Fabrikdə emal prosesin keçdikdən sonra paketlənmə prosesinə keçir. Məhsullar – yalnız qara çay istehsal edir və 2 kateqoriyaya bölünür.

Çay haradan gəlir? Təbii Çayın Becərilməsi Və İstehsalı Zavodu