UCB1 anacı - Püstə calaqaltısı

Mənşəyi - Kaliforniya Universitetinin "UCB bitki patologiyası şöbəsi"-nin professoru Dr. Lee Ashworth tərəfindən inkişaf etdirilmiş, P. atlantica x P. İntegerrima mələzi olan calaqaltıdır. Hər ikisi homoziqot olub, ən az dəyişiklik göstərən mələz tinglər əmələ gətirməkdədir.

Bitkinin xüsusiyyətləri:
Torpaq mənşəli fitoftora göbələk xəstəliyinə, nematoda, duzluluğa, soyuğa davamlı olan güclü calaqaltıdır. Püstələr üçün ən yeni və populyar calaqaltıdır. Yayda əraziyə əkilir, əkildikdən 3-4 ay sonra calaq edilə bilir və ya yaz aylarında əkilə, elə həmin ilin payızında da calaq edilə bilər. Bitki toxuması laboratoriyalarında çoxaldılması mümkündür. Bitkinin inkişafını sürətləndirir və qısa müddətə məhsul verməyə təşviq edir.