VSL-2 - Gilas/albalı calaqaltısı

Gilas/albalı calaqaltısı olan "VSL-2" Lannesian albalısı ilə çöl albalılarının hibridləşməsi ilə əldə edilmişdir.

Bitkinin xüsusiyyətləri: “VSL-2” 2-2.5 metr hündürlüyündə, dairəvi çətir əmələ gətirən bodur gilas/albalı calaqaltısıdır. Üzərinə calaq olunmuş sortun hündürlüyünü 40-60% arası balacalaşdırır. Vegetasiya dövrünün uzunluğu 160-165 gündür. Hektara 800-1000 ağac əkilə bilər. Şaxtaya davamlılığı yüksəkdir. Bakterial xərcəngə, kokomikoza, nematoda, yarpaq xəstəliklərinə davamlı, viruslara qarşı həssasdır. Ağır bünyəli torpaqlara asanlıqla uyğunlaşır, quraqlığa davamlıdır. Payız ayında torpağa köçürülür və bu zaman itki faizi demək olar ki sıfıra bərabərdir. Üçüncü ilində məhsula düşür, üzərinə calaq olunmuş çeşidin məhsuldarlıq dövrü 15-18 ildir. Əkin məsafələri  5x2,5 m  olaraq müəyyən edilə bilər.

Ağac formalaşması Codluluğa davamlılıq Qrunt sularına davamlılıq Quraqlığa davamlılıq