Fındıq Haqqında Bilmədikləriniz

Fındıq Haqqında Bilmədikləriniz

25 Aug 2023
Fındıq Haqqında Bilmədikləriniz

Fındıq Haqqında Bilmədikləriniz

25 Aug 2023
Fındıq Haqqında Bilmədikləriniz

Fındıq Haqqında Bilmədikləriniz

25 Aug 2023

Fındıq insan üçün enerji mənbəyidir – 100 q. fındıq ləpəsində 639 kkal enerji vardır, həmçinin yüksək faizli zülalla da 16%dan 19%ə qədər zəngindir. B qrupu vitaminləri və E vitamini ürək, əzələ sistemi, insanın reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır. Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ sisteminə xəstəliklərinə qarşı güclü profilaktik üsullardan biridir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır.

Fındıq haqqında bilmədikləriniz
 

Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir. Fındığın tərkibindəki xeyirli maddələr ürək xəstəliklərinin əmələ gələ bilmə ehtimalını azaldır, damarlara xeyirli təsir göstərir, beyin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, güc və gümrahlığı bərpa edir, mədə bağırsaq vəzlərinin fəaliyyətini yaxşılaşdırır və digər növ xəstəlikləri müalicə edir. Qənnadı məhsullarında fındıqdan hazırlanan məhsullarla yalnız sağalmaq yox, hətta tibb tərəfindən müalicəsi olmayan xəstəliklərdən də şəfa tapmaq olar. Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır.

Fındıq haqqında bilmədikləriniz
 

Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur. Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının şirəsi kapillyar qanaxmanın, damarların daraldılması kimi müalicəvi əhəmiyyətə malikdir.